Yuxarı

Bakıda NATO nümayəndələrinin görüşü keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun nümayəndələri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə işçi görüşü başlayıb.

Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, tədbirdə NATO üzvü olan ölkələrin hərbi təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqi, o cümlədən strateji planlaşdırma, humanitar proqramlar, milli və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, mütəxəssislərin təcrübə mübadiləsi, işçi qruplarının əməkdaşlığı və hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə ediləcək.

İşçi qrupunun müzakirələri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının Milli Təhlükəsizlik məsələləri üzrə professoru Tomas Fedızın (ABŞ) və NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin eksperti Mariuş Solisin (Polşa) mühazirələri planlaşdırılır.

İşçi görüşü martın 19-da yekunlaşacaq.

Tarix
2014.03.18 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla