Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Elnur Aslanovun QHT-sinə verilən pullar - Siyahı/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının nəzarətində işləyən ABŞ Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyinə və "Azərbaycan Biznes Keys Yarışması" layihəsinə müxtəlif şirkətlərdən on minlərlə manat pul yığılıb. Amma bu vəsaitlərin yığılması şəffaf olsa da, hesabatları və vergisi barədə heç bir məlumat yoxdur.

"Axar.az"ın məlumatına görə, layihə aşağıdakı biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alıb: PASHA Bank, BP, Procter&Gamble, Zqan Holding, Statoil və Coca-Cola.

"Biznes keys" layihəsinin akademik sponsoru Azərbaycan Diplomatik Akademiyası, əlaqələndirici isə vitse-rektor (icraçı prorektor) Fariz İsmayılzadədir. İddiaya görə, ianələr və qrantlardan dövlətə ödənməli olan vergi keçirilməyib. Bundan başqa, ABŞ səfirliyinin xüsusi maraq dairəsində olan bu təşkilatın (AAA) nurçuların dəstəyi ilə ABŞ-da böyük təbliğatı aparılıb. "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev də həmin şəbəkə vasitəsi ilə ABŞ-da təcrübə proqramı keçib.

"İrəli" İctimai Birliyi də səfirliyin işinə yarımaq üçün çalışıb. Vaxtı ilə ABŞ səfirliyi öz rəsmi Feysbuk səhifəsini "İrəli" təşkilatının ofisində yaradıb.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyininin İdarə Heyətinə Elnur Aslanova yaxın şəxslər - Ceyhun Atayev və Turab Teymurov seçilib. Bu şəxslər həm də Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) fəal üzvləri və işçiləridir. Yəni:

Turab Teymurov - Xidmət mütəxəssisi (AmCham)

Ceyhun Atayev – "İmpact" Jurnalının Baş redaktoru (AmCham)

Məlumat üçün deyək ki, Amerika Azərbaycan Ticarət Palatası (AmCham) özündə 275 yerli və beynəlxalq biznes qurumlarını birləşdirən bir strukturdur.

Təkcə bir il ərzində biznes qurumlarından təşkilata gələn maliyyənin miqdarı 70 500 AZN təşkil edib.

ABŞ səfirliyindən gələn maliyənin ümumi məbləği isə illik 40 000 ABŞ dollarıdır.

Xatırladaq ki, nurçu olaraq hallanan bu şəbəkənin fəaliyyətinə ABŞ səfirliyinin xüsusi diqqət və qayğı ilə yanaşdığını müşahidə etmək mümkündür. Tədbirlərin keçirilməsi, ictimai və maddi dəstək baxımından ABŞ səfirliyi bu QHT-ləri heç zaman yalnız buraxmayıb.

Əlavə edək ki, ABŞ səfirliyinin qrant müsabiqələri kifayət qədər mürəkkəb və bir neçə pilləli yoxlamalardan keçir.

"Biznes keys" layihəsi üçün şirkətlərdən alınan və vergisi ödənməyən pulların siyahısı:

  • Baghlan Group: 9 000 AZN
  • Azercell: 5 000 AZN
  • Universal Manika: 5 000 AZN
  • British Petroleum (BP): 5 000 AZN
  • Exxon Mobile: 5 000 AZN
  • Procter Gamble: 5 000 AZN
  • Garant Holding: 5 000 AZN
  • SOCAR AQŞ: 7 000 AZN
  • Statoil: 3 000 AZN
  • Chevron: 3 000 AZN
  • Deloitte: 6 000 AZN
  • Eastern and Young (EY): 3 000 AZN
  • Paşa Holding: 2 500 AZN

Məlumata görə, hazırda bu faktlarla bağlı araşdırmalar davam edir.

Tarix
2014.03.19 / 12:15
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla