Yuxarı

Qərb Qafqazda müharibəni alovlandıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb Rusiyanın aqressiyası ilə barşmayacaq, milli azlıqlara dəstək verəcək. Vladimir Putin isə Krımda referendumu dəstəkləməklə Rusiya daxilindəki sosial və iqtisadi problemləri ört-basdır etmək istəyir".

"Axar.az" xəbər verir ki, bunu "Aktual.az"a eksklüziv açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, ilk baxışdan Rusiya Ukraynada istədiyini həyata keçirə bilir, lakin belə aqressiv yanaşma hansı fəsadlar verəcək - bu tamam başqa bir mövzudur:

"İlkin görüntü belədir ki, Rusiya istədiyini həyata keçirir. Bu, Rusiya üçün hansı nəticəni yarada bilər? Birincisi, Krım ətrafındakı hadisələri başa düşmək üçün Rusiya daxilində gedən prosesləri bilmək, anlamaq lazımdır. Ötən əsrin sonlarında Sovetlər Birliyi dağılandan sonra Rusiya yeni bazar iqtisadiyyatına qədəm qoydu. İqtisadiyyatın inkişafında Rusiya uğursuzluğa düçar oldu. Hazırda Rusiyanın vəziyyəti acınacaqlıdır. Rusiya rublunun məzənnəsi düşüb, bahalaşma gedir. Rusiya geriyə - Sovetlər Birliyi dönəminə qayıdır. Əvvəla, Rusiya qələbə əhval-ruhiyyəsi yaratmaq istəyir. Qərbə meydan oxuyaraq Krımı işğal edir".

Qərblə Rusiya arasında əlaqələrin bazar iqtisadiyyatı əsasında qurulmadığını qeyd edən Vəfa Quluzadə bildirib ki, Rusiya Avropa ölkələrinə bənzəmir, Amerika ilə müqayisəyə gəlincə isə, burada əlavə şərhə ehtiyac yoxdur.

Tarix
2014.03.19 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini COP29-a dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla