Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


AzTV El-Nurçu çıxdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamın onun kurasiyasına daxil olan saytlarda işıqlandırılmaması ilə bağlı xəbər dərc edilmişdi.

Həmin xəbər ölkə gündəmində rezonansa səbəb olub. Demək olar ki, əksər mətbuat orqanları dövlət dəstəyi ilə fəaliyyət göstərən bu media orqanlarının Azərbaycan prezidentinin sərəncamını gözardına vurmasını, Elnur Aslanovun işdən çıxarılması dərc etməkdən imtina etməsini sensasiya kimi təqdim etmişdilər.

"Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün daha bir şok fakt ortaya çıxıb. Məlum olub ki, ölkənin rəsmi dövlət kanalı olan AzTV prezident İlham Əliyevin sərəncamını verməyib. Belə ki, həmin gün ( 17 mart) bir sıra mühüm sərəncamlar imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat efirə getməyib.

Bunun hansı səbəblə edildiyi haqda hələlik heç bir bilgi yoxdur. Ancaq müəyyən ipucuları da var. Belə ki, dünən Elnur Aslanovun ən yaxın silahdaşı Orxan Əkbərovla bağlı məlumat dərc etmişdi. Həmin məlumatı araşdırarkən məlum olmuşdu ki, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Belə çıxır ki, nurçular və onların ideyaları AzTV-də də hakim mövqeyə çevrilib. Əks halda ölkənin rəsmi dövlət kanalı olan AzTV prezidentin sərəncamını hansı cəsarətlə efirə verməyə bilərdi?

İndi sizə həmin tarixdə efirə gedən "Xəbərlər"in əsas buraxılışında oxunan sərəncamları diqqətinizə çatdırırıq. Gördüyünüz kimi, aparıcı Elnur Aslanovla bağlı sərəncamı efirdə səsləndirmir.

Tarix
2014.03.19 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğan qalib gəlməsəydi, Türkiyəni… - Deputat

Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...

Türkiyədəki seçkilərdə kim qazandı, kim uduzdu?

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

Səslərin 98%-i sayıldı: kim liderlik edir? - Nəticələr

İlham Əliyevdən Ərdoğana məktub

Ərdoğanın seçkidən sonra ilk çıxışı - Video

Baxçalıdan Ərdoğana telefon zəngi

Türk PA Türkiyədə seçkiləri izlədi

Baxçalı proqnozları alt-üst etdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla