Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Prezident sərəncamını verməyənlər bir arada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Elnur Aslanovun vəzifədən azad olunması ilə bağlı verdiyi sərəncamın AzTV başda olmaqla "Azərbaycan", "Xalq", "Respublika" qəzetlərində, eləcə də İctimai televiziyada işıqlandırılmaması artıq ölkə gündəmində böyük şok yaradıb.

"Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən KİV-lər tərəfindən "Biz prezidentin kadr islahatlarını işıqlandırmırıq", "Sərəncam gəlib bizə çatmayıb" və digər məsələdən boyun qaçırma tipli cavablar verilsə də, əsl mətləb gizli qalmaqdadır. Hələ ki, Prezident sərəncamına qarşı rəsmi medianın niyə bu cür sayğısız davranması, bu addımı kimin göstərişi ilə həyata keçirdikləri bəlli deyil. Onlar Prezidentə deyil, bəs kimə xidmət edirlər?! Heç olmasa bu biabırçılığa peşəkar formada bir yalan tapıb təmizə çıxmağa çalışmırlar. Axı, Prezident sərəncamını vermək onların dövlət başçısına münasibəti deyil, rəsmi media olaraq vəzifə borclarıdır. Məsələ ciddi şəkildə araşdırılırsa, yəqin ki, bu vəzifədən sui-istifadə və xəyanət kimi məqamlar ciddi şəkildə ortaya çıxaracaq və həmin vaxt bu addımın arxasında hansı qüvvənin olduğu aydınlaşacaq.

Lakin redaksiyamıza bir-birinin ardınca daxil olan maraqlı məlumatlar müəyyən məqamları üzə çıxarır. Belə ki, bir qədər əvvəl niyə məhz AzTV-nin Prezident sərəncamını verməməsinin ipucları ilə bağlı faktları təqdim etmişdik. Yazıda qeyd olunurdu ki, Arif Alışanovun kürəkəni Orxan Əkbərov işdən çıxarılan Elnur Aslanovun sağ əlidir və onlar bir şəbəkə halında fəaliyyət göstərirlər. Və ehtimal olunur ki, artıq nurçular AzTV-yə tam nüfuz ediblər.

İndicə redaksiyamıza həmin məqamı bir qədər də qüvvətləndirən yeni fakt daxil olub. Məlum olur ki, AzTV rəhbərinin kürəkəni olan O.Əkbərov həm də bu sərəncamın işıqlandırılmasından imtina edən "Azərbaycan" qəzetinin Baş redaktorunun birinci müavini İxtiyar Hüseynli ilə "abi"dirlər. Nəinki onlar ikisi, hətta nurçuluqda ittiham olunan digər şəxslər – Ceyhun Osmanlı, Orxan Əkbərov, Fərhad Məmmədov, İxtiyar Hüseynli və Elnur Aslanovun digər kadrı olan Rauf Mərdiyev də başda olmaqla bir çox gənclər eyni çevrəyə daxildirlər. Onların redaksiyamıza göndərilən fotolarında adıçəkilən gənclərin birlikdə çox mehriban olduqları və müxtəlif tədbirlərdə birgə iştirakları öz əksini tapıb.

Həmin fotoları təqdim edirik:

Tarix
2014.03.19 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə 2 gündən sonra savaşa girir

Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik

Lavrovun Qarabağla bağlı qətnamələrə - İkibaşlı yanaşması

OPEK Trampın istəyinə uyğun qərar verəcək – Proqnoz

Ezamiyyət xərclərinin normaları artırıldı - Dəyişiklik

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla