Yuxarı

Fazil Mustafa Mehdiyevi müdafiə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz".

"Axar.az" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində millət vəkili Fazil Mustafa yazıb.

O, Fərhad Mehdiyevlə bağlı yayılan bütün sənədlərin hamısını yalan adlandırıb. "Bu millətin savadlı, ortaya çıxarılacaq insanlarının sayı nə qədərdir? Hər halda on minlərlə deyil. Sanki kimsə oturub kompüterin arxasında Azərbaycanın işıqlı insanları, xüsusilə də müstəqil düşüncə sahibi olan intellektual insanlarını sıradan çıxarma kampaniyası aparır. Fərhad Mehdiyevə qarşı sənədin də, bir neçə gündür ayrı-ayrı istedadlı gənc vətəndaşlarımız barədə yayılan məktublar kimi saxta olduğunu bütün saytlar çox gözəl bilirlər. Hamısı yalanı xüsusi sensasiya kimi dərhal yerləşdirirlər".

Millət vəkili daha sonra Fərhad Mehdiyevlə bağlı sənəd yayanların hər birini saxtakar adlandırıb. "Sadəcə bu kampaniyanın içində olanlara diqqət yetirin ki, bu gün baş alıb gedən böhtanların iki aydan sonra tam əsassız olduğunu ortaya çıxanda hər kəsin kimliyinə doğru qiymət verəsiniz. Sadəcə bir faktı xatırladım ki, 2011-ci ildə ABŞ-da Kanzas-Siti ştatındakı Universitetdə olarkən oranın amerikalı alimləri Fərhad Mehdiyevdən o qədər ağızdolusu danışdılar ki, orada olan bütün azərbaycanlılar qürur duydu. Buyurun, yox etmək üçün əlinizdən gələni edin, yalançı vətənpərvərlər, saxtakar dövlətçilər!"

Qeyd edək ki, dünən mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "emniyyet imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilib. Məlumatı yayanlar həmçinin Fərhad Mehdiyevin bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətiriblər.

F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırıb. Politoloq Novruz bayramından sonra məlumatı yayanları məhkəməyə verib onlardan 10 min manat təzminat istəyəcəyini bildirib.

Tarix
2014.03.23 / 17:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla