Yuxarı

Azərbaycandan amerikalı həmsədrə xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrini açıqlama verərkən ehtiyatlı olmağa çağırıb.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev şəxsi "Facebook" səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib.

E.Abdullayev deyib ki, Rusiya, Fransa ilə yanaşı, ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişəsin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir: "Bu gün rəsmi Bakı ilə rəsmi İrəvan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır. Ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur olunmasıdır. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz "Twitter" səhifəsində münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu yazıb.

Tarix
2014.03.24 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla