Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinin yeni müəssisəyə çevrilməsi, müəssisənin fəaliyyəti ilə bağlı dəyişikliklər, yetkinlik yaşına çatmayan məhkumların törətdikləri cinayətlərdən asılı olaraq islah olunması üçün fərqli rejimlərin tətbiq olunması gözlənilir.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Yuvenal ədliyyə haqqında" qanuna xüsusi maddə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna, Cinayət Məcəlləsinə, o cümlədən bir sıra müvafiq sənədlərə bir qrup deputat tərəfindən eyni məzmunlu dəyişikliklər təklif olunur.

Dəyişikliklərə əsasən, 14 yaşdan yuxarı, xüsusilə ağır cinayət törətmiş məhkumlar üçün ayrıca yeni rejimin tətbiq olunması təklif olunur. Burada onlar üçün yeni psixoloji mərkəzin yaradılması, onlarla bağlı hüquqi sahədə fəaliyyət göstərən QHT-lərin iştirakı ilə yeni islahedici layihələrin maliyyələşdirilməsi və bir sıra yeni rejim qaydaları əksini tapıb. Layihədə eyni zamanda yüngül cinayət törətmiş yeniyetmələrin tamamilə ayrı müəssisədə islah olunması, bunun üçün paytaxtdan kənar yeni tərbiyə müəssisənin yaradılması da təklif olunur.

Layihəyə əsasən, yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi mahiyyətini daşıyacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər.

Sözügedən təkliflər barədə təfərrüatlar "Yuvenal ədliyyə haqqında" layihənin müzakirəsi zamanı açıqlanacaq.

Təkliflərin ilin sonuna kimi parlamentdə müzakirələrə təqdim olunması nəzərdə tutulur.

Tarix
2014.03.24 / 17:21
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

Paşinyanın qorxusu reallaşır: Bakı B planına əl atır

Bakı hərbi gücünü meydana çıxarır, Nikol isə rus qırıcısına minir...

Bakı qərarını verdi: İrəvan nə qədər Moskvaya yalvarsa da...

Əgər bu gün ABŞ Ərdoğana bu jesti edərsə... - Şərh

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla