Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Çeçenlərin azərbaycanlı komandirindən sensasiyalı müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı polkovnik, Krıma yollanan çeçen batalyonunda döyüşmək üçün müraciət edən və Cövhər Dudayev batalyonuna qərargah rəisi təyin edildiyi barədə xəbərlər yayılan İsa Sadıqov Ukrayna hadisələri ilə əlaqədar qürbətdə olan çeçen saytına geniş müsahibə verib. Müsahibəni tanınmış hüquq müdafiəçisi və jurnalist Mayrbek Taramov götürüb.

"Axar.az" müsahibəni təqdim edir:

Rusiya qərb torpaqlarını itirəcək

- İsa, bildiyimə görə, Krıma getmək istəmisiniz. Bu baş tutdumu? Yarımadadakı son vəziyyətə aydınlıq gətirərdiniz. Necə düşünürsünüz, Ukrayna Krımı birdəfəlik itirdimi?

- Bəli, mən doğurdan da Kiyevə gəlmişdim. Ukrayna rəhbərliyi ilə müəyyən görüşlərdən sonra Krıma getməyi düşünürdüm. Ancaq martın əvvəlindən yarımadaya girişlər rus hərbi birləşmələri ilə dolu idi. Doğrudur, onlar başqa forma geyinmişdilər. Ancaq adi gözlə də görmək olurdu ki, həmin şəxslər Rusiya hərbi qoşunlarının əsgərlərdir. Qısa müddət ərzində Krıma kifayət sayda rus qoşunları yeridildi. Arqumentləri də o oldu ki, guya rusdilli əhaliyə qarşı təzyiqlər var. Sual olunur, hansı rusun burnu qanadı?

Məhz Rusiyanın özündə qeyri-rus millətlərinə qarşı ayrıseçkilik mövcuddur. Dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində faşist çağırışları ilə marşlar keçirilib, miqrantlara qarşı təzyiqlər olub. Guya ukraynalı millətçilər tərəfindən təhdidlər olduğu barədə Rusiyanın düşük təbliğatı öz sözünü dedi. Rusiyalılardan başqa buna kim inanardi ki! Bizim üçün tanış bir maneradı – rus mediası qısa müddət ərzində kimdən istəsən, düşmən obrazı yarada bilər. Hazırda 21-ci əsrdir və belə olayların yaşanması yolverilməzdir. Bəli, bu gün biz deyə bilərik ki, Krım zəbt olunub, anacaq deməzdim ki, bu ərazilər birdəfəlik itirilib. Ancaq həqiqətdir ki, Rusiya Ukraynanı birdəfəlik itirdi.

İnanıram ki, həmişə olduğu kimi, Krım Ukraynanın ərazisi olaraq qalacaq. Tək Krım deyil, Rusiyanın qərb əyalətləri də gələcəkdə Ukraynaya birləşməyə səy göstərəcək. Çünki bu presedenti Rusiyanın özü yaradıb. Yaxın gələcəkdə Rusiya nə siyasi, nə də iqtisadi sanksiyaların qarşısında tab gətirə biləcək. Böyük ehtimalla SSRİ-nin başına gələn Rusiyada da təkrarlanacaq, nəhəng ölkə müəyyən hissələrə bölünəcək.

Bu, qaçılmazdır, çünki əksər ölkələr bu haqda düşünməyə başlayıb. Əgər bu cinayətkar dövlət 2008-ci ildə cəzalandırılsaydı (Gürcüstan hadisələri nəzərdə tutulur – tərcüməçi), indiki hadisələr baş verməzdi.

Ukraynada postsovet ölkələrin taleyi həll olunur

- Bəs Krımda keçirlən qondarma referendumu necə şərh edərdiniz?

- Birlirsiniz ki, bu referendum martın sonlarına təyin olunmuşdu, birdən prosesi qabağa çəkdilər. 10 gün ərzində ərazi etibari ilə elə də kiçik olmayan Krımda referendum hazırlıqlarını həyata keçirmək elə də asan məsələ deyil, praktiki olaraq mümkünsüzdür. Hansı referendumdan söhbət gedir ki, sərhədlər başdan-başa rus hərbçiləri tərəfindən mühasirəyə alınmışdı. Müşahidəçilər yox idi və qeyri-rus xalqları arasında bir qorxu hökm sürürdü. O da məlumdur ki, referendumda kənardan gətirilən kazaklar səs verirdilər.

- Sizin Ukrayna, yaxud Krım rəhbərliyi ilə görüşləriniz oldumu?

- Bəli belə görüşlərim oldu. Krıma gedə bilməsəm də, iki həftə ərzində yarımadada cərəyan edən hadisələri anbaan bilən şəxslərin yanında qaldım. Biz həmişə Ukraynanın torpaq bütünlüyünə hörmətlə yanaşmışıq. Düşünürük ki, burada təkcə Ukraynanın deyil, həmçinin postsovet ölkələrinin taleyi həll olunur. Bizim bu liliputinlərin, rəzil insanların axmaq niyyətlərindən xəbərimiz var. O üzdən dostların yanında olmağı özümüzə borc bilirik. Sevindirici haldır ki, ukraynalı qardaşları dəstəkləmək üçün dünyanın dörd tərəfindən insanlar axışmışdı.

Dünyanı Putinin nüvə düyməsi qorxudur

- Rus hərbi hissələrinin hazırlığı barədə nələri deyə bilərdiniz? Vurğulanırdı ki, rusların tərəfində Serbiya və Ermənistandan olan muzdlular savaşa hazırlaşır. Sonuncular orada nə edirdilər?

- Biz rus ordusunun vəziyyətini kimdənsə eşitməmişik. Bu gic ordunu dünyanın ən qaynar nöqtələrində - Çeçenistan, Gürcüstan və digər bölgələrdə gördük. Əgər bu gic ordu özünə tam arxayın olsaydı, kazaklar, serblər, ermənilər və digərlərinə rast gəlinməzdi. Bəli, orada Bosniyanın Serebrinitsa məntəqəsinin 8 minə yaxın dinc əhalisini qısa müddət ərzində qətl edən serb bölmələri var idi. Krımda digər cinayətkar elementlərə də rast gəlinirdi. Odur ki, orduları haqqında mifi rusların özləri yaradır. Deyə bilərəm ki, Putin etdiyinə görə mütləq cavab verəcək. Dunyanı bu gic ordu qorxutmur, yalnız terrorist ölkənin əlindəki nüvə düyməsi narahat edir. Bilirisiniz ki, tarixdə analoji xəstə təfəkkürlü təhdidlər olub. Xruşşov dəfələrlə belə addım atacağını bildirb. Sonra Fidel Kastro, Kim Çen İr, Səddam və Uqo Çaves dünyanı hədələyib.

"Vostok" tatar qardaşlarını qoruyacaqdı

- İstərdim çeçenlər barədə xüsusi danışaq. Mətbuatda da yazılıb ki, kadırovçular təhdilər altında Ukraynaya göndərilib. Çünki könüllü olaraq ora heç kim getmək istəmir...

- Əvvəlcə "Vostok" batalyonu haqqında danışmaq istərdim. Nədənsə məndə onların Krım hadisələrində iştirakları ilə bağlı birmənalı fikir formalaşmayıb. Hətta mənim Çeçenistanın hazırkı rəhbərliyinə qarşı nifrətimin müqabilində belə öz mövqeyimdə qalıram. Biz referendum ərəfəsi həyacanlı xəbərlər aldıq ki, tatarlara qarşı hədə, şantaj və digər xoşagəlməz hallar gözlənilir. Təsəvvür edin, insanlar üzlərini örtərək əli silahlı Krım küçələrində hərəkət edir. Bu, insanlarda vahimə hissi yaradırdı. Axı, hadisələr başqa istiqamətdə də cərəyan edə bilərdi. Bir güllənin atılması hadisələri alt-üst edə bilərdi, qırğın ola bilərdi. Bizim üçün, ilk öncə, rusların özünün Putinin hansı cinayətlərə əl atması barədə məlumat alması lazım idi. Məhz həmin şəxs iki qardaş xalqı üz-üzə qoydu, bu, faktdır. Sizə qəribə görünəcək, hadisələrin bu çağında yerli Krım tatarlarına qaşı təxribatların olduğu bir vəziyyətdə çeçen batalyonun orada olması məni tam rahatlamışdı. Bəziləri mübahisə etsə də, öz mövqeyimdə qalırdım. Bilirdim ki, Krım tatarlaına qarşı hər hansı deportasiya, yaxud təxribat olsa belə, Rusiyaya məxsus və çeçenlərdən ibarət "Vostok" batalyonu qardaşlarının müdafiəsinə gələcək. Qəlbimin dərinliyində buna inanırdım. Niyə? Çünki çeçenlər Krım tatarlarının yaşadıqları deportasiyanı görüblər. Çeçenlər həmin Rusiya və həmin Putinlə müharibəni görüb. Çeçenistanda o ailə yoxdur ki, itki ilə üzləşməsin. Qısa müddət ərzində yüz minə yaxın uşaq, qadın qətlə yetirildi. Qalanları isə həbsxanalara atıldı. Odur ki, çeçen batalyonunun orada olması təkcə tatarların deyil, həm də digər xalqların təhlükəsizlyinin qarantı idi. Arqumentlərimi əsaslandırmaq üçün bir nümunə gətirim. 2008-ci ilin Gürcüstan hadisələri zamanı gürcü xüsusi təyinatlılarının bir neçəsi Rusiya tərəfinə əsir düşdü. "Vostok" batalyonu onları gürcü bayrağı altında Gürcüstan tərəfinə keçirməsəydi, indi rus xüsusi təyinatlıları onları öldürmüş, başlarına müəyyən işgəncələr gətirmişdilər. Bu fakta görə mən onlara təşəkkür etmək istərdim... Biz Şər imperiyasının təxribatlarına uymamalıyıq. Onsuz da onlar yetərincə olub.

Dünya Putini cəzalandırmaqda qəti mövqedədir

- Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz bəhrəsini verəcəkmi?

- Bilrsiniz, keçmiş Sovetlər Birliyi ölkələri Rusiyaya ehtiyatla baxırlar. Rusiyanı Krım hadisələrinə görə təkcə Suriya və Şimalı Koreya dəstəklədi. Budur Rusiyanın qalan dostları. Ola bilər ki, Həmas və Hizbullah kimi terror təşkilatları və bir neçə ada ölkələri də dəstəkləsin. Lakin dünya bir məslədə - Putin və onun ətrafının cəzəlandırılmasında qəti mövqedədir. Doğrudur, sanksiyalar ilk öncə rus vətəndaşlarına təsir edəcək. Nə etmək olar, gərək onlar da öz talelərini müəyyənləşdirə bilsin, Putinə "get" desinlər. Ukraynlılar həmişə öz tolerantlığı ilə seçiliblər. Buna görə, biz onları sevir, hörmət edirik. Bu xalq sivil xalqdır və Avropa ailəsində yaşamağa haqları çatır. Sanksiyalar yaxın günlərdə öz sözünü deyəcək. Eyforiyaya qapanan Putin anlayacaq ki, Rusiyanı qara günlərdən qurtarmaq lazımdı.

Rusiya mütləq dağılacaq

- Sizin Qərbin Ukraynanın təhlükəsizliyi ilə bağlı proqnozlarınız nədən ibarətdir?

- Hazırda NATO daxilində təlimlərə start verilib. Qurum öz sərhədlərinin pozulmasına imkan verməyəcək. İnanın, buna onun gücü də çatır. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə isə, hesab edirəm ki, hansısa quruma, yaxud bloka daxil olmadan bu ölkənin ayaqda qalması mümkün deyil. Rusiyaya etibar etmək olmaz. Bunu son hadisələr də təsdiqlədi. Rusiya mütləq dağılacaq. Bu ölkə Krımdakı bənzər referendumu niyə öz ərazisində keçirmir? Bəyəm bura daxil olan subyeklərin güzaranı yaxşıdır, onlar həyat tərzindən razıdırlar? Qərb böyük həvəslə bu subyektlərdə keçiriləcək referendumları dəstəkləyərdi. Fikrimcə, Ukrayna NATO-ya daxil olacaq.

Bizim yalnız bir düşmənimiz var

- 10 il geriyə qayıtmaq istərdim. İsa, biz Bakıda sizinlə dəfələrlə görüşürdük. Mən sizi Qarabağ müharibəsini keçən peşəkar hərbçi kimi tanıyıram. Müəyyən fikir ayrılığına görə ölkənizi tərk etməli oldunuz. Geriyə qayıtmaq vaxtı çatmayıb? Axı, qara buludlar Azərbaycanın da üzərini tutmaqdadı. Şimaldan Rusiya, cənubdan isə bu ölkənin əzəli müttəfiqi Ermənistan yetərincə akivləşməkdədirlər...

- Bəli, Azərbaycan üçün belə təhlükələr ötən illər boyunca mövcud olub. Məhz Rusiya Qafqazda qardaş qarşıdurmasının, qırğınlarının təməlini qoyub. Mənim tarixi vətənimə gəlincə, həmişə ölkəmlə nəfəs almışam. Hamımız geri dönərək, əlimizdə silah ana yurdumuzun keşiyində duracağıq. Bu, təkcə azəbaycanlıların deyil, həm də bütün qafqazlıların borcudur. Çünki bizim bir düşməniimiz var, o da Rusiyadır. Fikrimcə, Ermənistanda ağılı başında olan elə şəxslər tapılacaq ki, hansı cinayətə sürükləndiklərinin fərqində olsunlar. Güc yolu ilə özgə torpaqlarını saxlamaq olmaz. Tarixdən də bəllidir ki, belə mövqe tutan ölkələrin aqibəti necə olub.

Tarix
2014.03.25 / 01:43
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ezamiyyət xərclərinin normaları artırıldı - Dəyişiklik

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

Paşinyanın qorxusu reallaşır: Bakı B planına əl atır

Bakı hərbi gücünü meydana çıxarır, Nikol isə rus qırıcısına minir...

Bakı qərarını verdi: İrəvan nə qədər Moskvaya yalvarsa da...

Əgər bu gün ABŞ Ərdoğana bu jesti edərsə... - Şərh

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla