Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Nurçu məmurun layihəsini Anar Məmmədov maliyyələşdirib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış"adlı Vaşinqtonda təşkil olunan mötəbər tədbirdə Elnur Aslanov Fətullah Gülənlə gizlicə görüşüb.

"Axar.az" xəbər verir ki, belə bir sensasiyalı məlumatı "Publika.az" daxil olan məktub əsasında yayıb.

Bildirilir ki, həmin tədbirə Prezident Administrasiyasının Analitik təhlil və informasiya təminatı şöbəsinin keşmiş müdiri, nurçu olaraq adı hallanan E.Aslanovun dəstəyi ilə Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov, ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyeva və Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədli qatılıblar. Leyla Məmmədlinin E.Aslanovun himayəsi ilə Azərbaycan Dövlət Neft Şirkətinə işə düzəldiyi bildirilir.

Konfrans prosesində millət vəkili Ceyhun Osmanlının da iştirak etdiyi gizli görüşdə Elnur Aslanovun Fətullah Guləndən xüsusi tapşırıqlar aldığı da iddia edilir. Qeyd olunur ki, sözügedən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" lobbi tədbirinin baş tutması da Fətullah Gülənin himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı sayılan Türk Amerikan Alyansının xidmətidir. ABŞ-dakı məlum görüşdən sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa başlamışlar. Belə ki, həmən ilin 30 iyun tarixində Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri olan Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə gətirilir.

Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat - Amerika Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən siyasi və maddi dəstək almağa başlayır. Ən maraqlı məqam isə ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli layihələrini iş adamı, Nəqliqqat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun maliyələşdirməsi barədə iddiadır. Qeyd olunur ki, E.Aslanovun nəzarətində olan və xüsusən ABŞ-da təbliğat aparan QHT-lərə A.Məmmədov külli miqdarda maliyyə dəstəyi göstərib.

Xatırladaq ki, nurçuların Nəqliyyat Nazirliyinə yerləşdirilməsi və Anar Məmmədovun təbliğat strukturlarından istifadə ilə bağlı mediada məlumatlar bir neçə gün əvvəl yayılmışdı.

Tarix
2014.03.25 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

Sabahın hava proqnozu: Leysan və dolu...

Erməni "qırıcı"larının uçuşlara başlamasına - Bakıdan cavab

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi

Erməni təxribatı davam edir: 83 dəfə atəş açıldı...

İvanişvilinin bütün oyunları buna hesablanıb – Şərh

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla