Yuxarı

Ceyms Uorlik prezidentlərə səsləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edib.

Məlumata görə, həmsədr İlham Əliyevlə Serj Sərkisyanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoqa səsləyib.

Uorlik martın 25-də Tvitterdə yazıb ki, Azərbaycan və Ermənistan prezidentləri konstruktiv dialoq üçün açıq olsalar, biz davamlı sülh yolunu tapa bilərik.

Amerikalı həmsədr İlham Əliyevlə Serj Sərkisyanın növbəti görüşünün razılaşdırıldığını, amma vaxtın hələ bilinmədiyini əlavə edib.

Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri üzrə aparılır. Həmin prinsiplər Dağlıq Qarabağa keçid statusu verilməsini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi nəzərdə tutur. Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdiriləcək, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun cənubundakı 13 kənddən çıxarılacaq. Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılacaq ("Media forum").

Tarix
2014.03.25 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla