Yuxarı

Prezident: Aprel döyüşləri bizim şanlı tariximizdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Aprel döyüşləri bizim şanlı tariximizdir

Prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə aprel döyüşlərinin bizim şanlı tariximiz olduğunu deyib.

Axar.az-ın məlumatına görə, prezident bildirib ki, dövlətimizin başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb. Ordumuzun düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazandığını söyləyən Prezident Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etdiyini diqqətə çatdırıb. “Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

"Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da.

Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlətimizin başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.

Tarix
2016.12.03 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla