Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Ermənistan rəhbərliyi öz çirkin sifətini göstərdi - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşləri zamanı ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar.

Axar.az xəbər verir ki, bunu prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini vacibliyini qeyd edib: “Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər.

Ona görə aprel döyüşlərində qələbəmiz bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar”.

Dövlət başçısı Ermənistanın siyasi rəhbərliyinin növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərdiyini qeyd edib: “Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstəriş verdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz – bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik".

Tarix
2016.12.04 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla