Yuxarı

“Unutmaq lazım deyil ki, Rusiya və Ermənistan...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Unutmaq lazım deyil ki, Rusiya və Ermənistan...”

Moskva hazırda iki istiqamətli siyasət yürüdür.

Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Rusiyanın əsas prioriteti hazırda regionda yenidən nüfuz qazanmaqdır:

“Kreml nəyin bahasına olursa-olsun, həm nüfuzunu saxlamaq, həm də beynəlxalq təşkilatlara Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərmək istəyir. Qərbin tələblərindən biri də budur ki, əgər Rusiya özünü daim SSRİ sələfi kimi təqdim edirsə, deməli, müharibə ocaqlarının qarşısını almağa birbaşa cavabdehdir. Ona görə də Qərb əsas oyunçu olduğu üçün Qarabağ məsələsinin həllini də Rusiyaya həvalə edib”.

Politoloqun sözlərinə görə, Moskva Qarabağ məsələsini sonlandırmasa, bu, böyük problemlərlə nəticələnə bilər:

“Üstəlik, Rusiya bütün böyük layihələrdən təcrid oluna bilər. Məhz bunun başa düşən Putin indi bu istiqamətdə müvafiq addımlar atır və münaqişənin həllini xarici siyasətdə prioritet kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, Rusiya və Ermənistan KTMT-də bir cəbhədədir. Bir sözlə, Moskva hazırda iki istiqamətli siyasət yürüdür”.

Ekspert onu da bildirib ki, Azərbaycana bir silah bazarı kimi baxan Rusiya digər tərəfdən SSRİ-dən qalan miras kimi Yaxın Şərqdə də mübarizəni davam etdirməyi labüd bilir, Suriya, İraq kimi regional məsələlərdə güclü nüfuza yiyələnmək istəyir”.

Tarix
2016.12.06 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla