Yuxarı

Axar.Az Logo

Heydər Camal siyasilərimizin yaddaşında...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə həftə əvvəl səhhəti pisləşən Rusiya İslam Komitəsinin sədri Heydər Camal dekabr ayının 4-dən 5-nə keçən gecə vəfat edib.

Azərbaycanın Rusiyada əsas müdafiəçilərindən sayılan Heydər Camalın vəfatı ilə bağlı bir sıra politoloq və millət vəkilləri fikirlərini Axar.az-la bölüşüb.

Qabil Hüseynli:

“Heydər Camalın ölümü Azərbaycan diasporu, xaricdə yaşayan həmyerlilərimiz, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük itkidir. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər bir insanı itirdik. Belə bir alim, güclü politoloq və din xadimin həyatdan getməsi ağırdır. Allahdan ona rəhmət diləyirəm və əminəm ki, o, Azərbaycan elmi tarixində və xalqın yaddaşında hər zaman yaşayacaq”.

Fazil Mustafa:

“Heydər Camal çox bilgili, Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. Rusiya auditoriyasında belə bir düşünən beynin olması çox yaxşı hal və ümumi işlərin xeyrinə idi. H.Camal çox faydalı işlər gördü”.

Rasim Musabəyov:

“Heydər Camal teoloq kimi fəlsəfəyə daha çox dini müstəvidən yanaşırdı. Bu baxımdan düşüncələrimiz yaxın olmasa da, ona allahdan rəhmət diləyirəm”.

İlqar Vəlizadə:

“Rusiya ekspert cəmiyyətində görkəmli yer tutan Heydər Camal çox güclü arqument və əsaslı fikirlərlə sübut etməyə çalışdı ki, Ermənistanın regionda apardığı siyasət təkcə Azərbaycana deyil, eyni zamanda, Rusiya üçün də zərərlidir. İrəvanın işğalçı siyasətini ümumi sözlərlə deyil, çox güclü dəlil və faktlarla ifşa edən belə bir şəxsiyyətin ölümü çox təsirli bir itkidir. Düzdür, başqa mövzularla bağlı fikirləri mübahisəli olsa da, Azərbaycan üçün gördüyü işlər danılmazdır. Azərbaycan xalqı Heydər Camalı hər zaman yad edəcək”.

Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskva şəhərində anadan olub. O, Rusiyanın ən məşhur islam teoloqlarından biri idi.

Tarix
2016.12.06 / 09:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...

Erməni deputatlar sülh mətni ilə tanış oldu: “Təhlükə” varmış...

BMT Bakı - İrəvan bəyanatını alqışladı

Şahin Mustafayev Overçukla görüşdü

Bakı və İrəvanın birgə çağırışı: Növbə Parisindir

Abbas İsmayılov nazir əvəzi təyin edildi

MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü

Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışdı

Britaniya Bakı və İrəvanın bu addımını dəstəkləyir

Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla