Yuxarı

Erməni diasporu Ukraynada çox fəallaşıb - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni diasporu Ukraynada çox fəallaşıb - Səfir

Son vaxtlar erməni diasporu Ukraynada çox aktivləşib və bu, bizim üçün bir siqnaldır.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu gün Kiyevdə “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda keçirilən Ümumukrayna Azərbaycanlılarının IV Forumunda bildirib.

Ermənilərin Ukrayna ictimai-siyasi həyatında son vaxtlar aktiv olduğunu deyən səfir bildirib ki, onda olan məlumata görə, erməni diasporu artıq Ukraynada Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, pərakəndə olması barədə təbliğat aparır: “Ermənilərin azərbaycanlılardan aktiv olması bizim üçün bir siqnal olmalıdır. Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, dağınıq olması təbliğatı bizi narahat etməlidir və nəhayət birlik əldə olunmalıdır. Biz səfirlik olaraq bu yöndə istənilən dəstəyi verməyə hazırıq”.

Qeyd edək ki, forumun işi onlayn yayımlanır.

Tarix
2016.12.10 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla