Yuxarı

Xələf Xələfov almaniyalı sədri qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüş əsnasında X.Xələfov Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın dinamik əsasda inkişaf etdiyini qeyd edərək, mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən Almaniya-Azərbaycan Forumunun mühüm rola malik olduğunu vurğulayıb.

Azərbaycanın iqtisadi cəhətdən dinamik surətdə inkişaf etdiyini deyən nazir müavini iqtisadi sahədə daha yaxın əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdıraraq, Almaniya-Azərbaycan Forumunun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə biləcəyini qeyd edib.

Almaniya-Azərbaycan Forumunun sədri H.E.Şleyer Azərbaycana səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini qeyd edərək, forumun iki ölkə arasında iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafı məqsədilə müxtəlif layihələrlə çıxış etdiyini və gələcəkdə fəaliyyət dairəsinin daha da genişləndiriləcəyini nəzərə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Tarix
2014.03.28 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla