Yuxarı

Münaqişənin həlli üçün təkliflər var - Uorlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münaqişənin həlli üçün təkliflər var - Uorlik

Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Bu barədə Trend-ə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər:

"Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər. Biz bu il, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində danışıqlarda irəliləyişə nail olmaq üçün yeni cəhdlər gördük. Ümid edirik ki, tərəflər prosesi irəlilətmək üçün gələcəkdə də konstruktiv işləyəcəklər".

Diplomatın sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini indidən demək çətindir:

"Şübhə etmirəm ki, ABŞ hakimiyyəti həmsədr ölkələrin köməyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq".

C.Uorlik qeyd edib ki, onun dekabrın 31-dən postunu tərk edəcəyi ilə əlaqədar olaraq, yeni amerikalı həmsədrin adı yaxın gələcəkdə məlum olacaq.

Tarix
2016.12.14 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla