Yuxarı

Prezidentin nəvələrinin yeni şəkilləri yayıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin əkiz nəvələrinin yeni fotoları yayılıb.

Əli ilə Mikayılın yeni fotoları onların ataları Emin Ağalarov tərəfindən Tvitterə yerləşdirilib.

Moskvada yaşayan iş adamı Araz Ağalarovun oğlu Emin çox böyük ehtimalla bu şəkilləri ABŞ-da çəkdirib. Emin Ağalarov "Amor" adlı albomunu təqdim etmək üçün ABŞ-ın 5 populyar televiziya şousunda iştirak edib.
Müğənni Emin Ağalarorov həmçinin atasının rəhbərlik etdiyi "Crocus Group" şirkətinin "Russkiy adası"nda inşa etdiyi şəhərin şəkillərini də yayıb.

Xatırladaq ki, Emin Ağalarov iyul ayının 17-də Bakıda Yaşıl Teatrda çıxış edəcək. Bundan öncə o, iyun ayının 21-də Sea Breeze-də canlı konsertlə pərəstişkarlarını sevindirəcək.

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsən də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.

Emin Ağalarovun Giving İn, Dont cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the worl go away, Just for one night klipləri var. (ANS)

Tarix
2014.03.29 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla