Yuxarı

Kayseri hücumunun – Pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul dövlət çevrilişinə cəhd Türkiyənin son 4 ildə yaşadığı problemlərin bir parçasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış politoloqu Mete Yarar ABŞ-ın Nyu York şəhərində keçirilən konfransda səsləndirib. Politoloqun sözlərinə görə, ətrafında müharibə gedən bir ölkədə sabitliyi pozma cəhdləri gözləniləndir:

“Türkiyənin ətrafı müharibə ocaqları ilə əhatə olunub. Belə bir vəziyyətdə Ankaranın sabitliyi qorumaq cəhdləri çətinləşir. Təəssüf ki, yaxın 5-10 ildə Suriya və İraqda da vəziyyətin normallaşacağı görünmür.

Türkiyə ölkə daxilində çaxnaşma yaradanları sərhəddə qarşılamalıdır. Ölkə xaricində isə aparılan hərbi əməliyyatlar xarici siyasətlə uzlaşdırılmalıdır.

Dağda uğur qazana bilməyən PKK bu gün şəhərlərdə terror aktı törədir. Bu hücumların qarşısını ala bilsək, Türkiyə terrorla mübarizədə böyük uğur əldə etmiş olacaq”.

Kayseridə baş verən terakta münasibət bildirən politoloq hadisəni 15 iyul dövlət çevrilişinə cəhdlə əlaqələndirib:

“Bu hücumdan sonra sosial şəbəkələrdə təxribat xarakterli informasiyalar yayılmağa başladı. Terrorçular və onlara dəstək verənlər fərqli məzhəb və etnik qruplar vasitəsilə Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyir.

15 iyul hadisələrindən sonra mənim iki xəbərdarlığım oldu. Birincisi, Türkiyədə vətəndaş müharibəsinə sürükləyəcək sui-qəsdlər və bu cür hücumlar, ikincisi isə iqtisadi sanksiyalar. İndi bunların ikisi də baş verir”.

Tarix
2016.12.18 / 14:18
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla