Yuxarı

Rus səfir Karlovla bağlı xatirələrini bölüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus səfir Karlovla bağlı xatirələrini bölüşdü

Andrey Karlova Rusiya üçün böyük əhəmiyyət daşıyan Türkiyə kimi ölkənin həvalə edilməsi onun barəsində çox şey deyir.

APA-nın xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

A.Karlovla Rusiya Xarici İşlər Nazirliyində birlikdə çalışdıqlarını diqqətə çatdıran səfir onu böyük nüfuza malik təcrübəli diplomat kimi xarakterizə edib: “O, Konsulluq Departamentinin direktoru idi, mən isə YUNESKO ilə mədəniyyət əlaqələri üzrə Departamentin direktoru idim. Andrey səfir təyinatı alan ən gənc əməkdaşlarımızdan biri idi. O, Koreya üzrə ixtisaslaşdığı üçün Koreya Xalq Demokratik Respublikasına səfir təyin olundu. Daha sonra bir müddət kadrlar üzrə departamentə rəhbərlik etdi və nəhayət, Türkiyəyə təyinat aldı. Mən onun nə düşündüyünü, hansı mövqe tutduğunu bilirdim, onun Rusiya-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinə dair mərkəzə göndərdiyi məlumatlarla tanış olurdum. O, layiqli insan idi. Əlbəttə, bu cür insanın bu tərzdə öldürülməsi təəssüf doğurur”.

Xatırladaq ki, dekabrın 19-da axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mərd Altındaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Tarix
2016.12.20 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla