Yuxarı

Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına münasibət

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəis müavini Elçin Kazımov ARDNŞ prezidenti Rövnəq Abdullayevin "Report.az" adlı informasiya agentliyi yaratması və həmin yerdə işləyəcək jurnalistlərə yüksək məbləğdə maaş veriləcəyi barədə mətbuatda yayılanlara münasibət bildirib.

ARDNŞ rəsmisi mətbuatda yer alan sözügedən məlumatları təkzib edib.

E.Kazımov deyib: "Bu layihə şirkətin layihəsi deyil. Mənim bundan xəbərim yoxdur. Hazırda şirkətdə bu barədə söhbət yoxdur. O qədər maaş heç Neft Şirkətində verilmir".

Xatırladaq ki, yaxın günərdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin himayəsi ilə "Report.az" adlı informasiya agentliyinin fəaliyyətə başlaması barədə məlumatlar yayılıb. Mətbuatda ye alan məlumatlara görə, yeni agentliyin baş redaktoru Anar Əsgərov adlı şəxs olacaq. Qeydiyyatdan keçən agentlik hələ ki fəaliyyətə başlamasa da, artıq ofis problemi də həll olunub. Belə ki, rəhbərlik "Xətai" metorusunun yanındakı iş mərkəzində ofis kirayələyib, eyni zamanda bir neçə maşın alıb.

Onu da bildirək ki, yeni yaradılan media qurumu hazırda ölkədə fəaliyyət göstərən aparıcı informasiya orqanlarının kadr potensialı hesabına formalaşdırılır. Artıq "APA Holdinq" və digər media qurumlarının aparıcı əməkdaşları "Report.az" adlı informasiya agentliyinə yüksək məbləğli əmək haqqı ilə işə götürülüb.

Yeni yaranan agentlikdə müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir ("Publika.az").

Tarix
2014.03.31 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla