Yuxarı

İlkər Başbuğdan səfirin ölümünə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkər Başbuğdan səfirin ölümünə - Reaksiya

Türkiyə ordusunun 26-cı baş qərargah rəisi İlkər Başbuğ Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinə münasibət bildirib.

Axar.az xəbər verir ki, “Xəbərtürk” telekanalının qonağı olan Başbuğ Türkiyənin ən çətin dövrlərini yaşadığını deyib:

“Həqiqətən Türkiyə tarixinin ən çətin dövrlərini yaşayır. Xüsusilə 3 terror faktının son 1 həftədə baş verməsi təsadüf deyil. Ayrıca, üçünün də koordinasiyalı, planlanmış olduğunu düşünürəm. Türkiyə bu mərhələdən uğurla çıxmaq məcburiyyətindədir. Biz bu gücə sahibik.

Biz buna (Karlovun qətlinə, - red) sui-qəsd deyirik, amma bu hadisə adi bir şey deyil. Sui-qəsdi törədən şəxs həyatını itirməyi gözə almaz. Sui-qəsdi törədən şəxs ya qaçar, ya da bu riskə getməz. Ancaq bu şəxs ölməyi gözə alıb, ölmək istəyir. “Mən buradan sağ çıxmayacağam”, - deyir. Bunu kamikadze ilə müqayisə edə bilərsiniz. O, səfirə atəş açmadan öncə havaya atəş açır. Orada polis olsaydı, bu hadisənin reallaşması mümkün olmazdı.

Bunun bir şəxsin öz-özünə düşünüb-planlaşdırıb icra etdiyi bir hadisə olduğunu düşünmürəm. Ortada plan və bu şəxsi idarə edənlər var”.

Tarix
2016.12.21 / 10:57
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla