Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Sabir Rüstəmxanlı: “Elnur Aslanova dedim ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən uzun illər nurçuluğun Azərbaycanda yayılmasının əleyhinə olmuşam. Buna görə də onlar tərəfindən mənə qarşı zaman-zaman kampaniya aparılıb".


Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı "Publika.az"a açıqlamasında deyib.


Millət vəkili qeyd edib ki, nurçuların şəbəkəsinə bağlı olan məktəblərin hamısını ləkələmək olmaz: "Onların aralarında müsbətləri də var. Mənim nurçularla xüsusi bir düşmənçiliyim yoxdur. Sadəcə olaraq, bu prosesin və buna bənzər kənardan bizə tətbiq edilən dini təmayüllərin - vəhabilikdən başlamış nurçuluğa qədər, yaxud xristian dünyasından gələn müxtəlif dini təriqətlərin - zərərli meyllərindən Azərbaycanı qorumaq istəyirəm. Məqsədim bu olub. Mübarizə apardıqlarımın içində də nurçuluq ön planda olub".


S.Rüstəmxanlı bildirib ki, adı nurçuluqda hallanan Prezident Administrasiyasının sabiq şöbə rəisi Elnur Aslanov tərəfindən ona qarşı aparılan kampaniyanın səbəblərindən biri də onun nurçuluğa qarşı tutduğu mövqeyi olub. Onun sözlərinə görə, burda başqa motivlər də ola bilərdi, amma şübhəsiz bunun da təsirləri var idi.


Millət vəkili maraqlı bir faktı da açıqlayıb:

"İki il öncə Elnur Aslanovun başçılıq etdiyi heyət Xocalı soyqırımı ilə bağlı Türkiyədə mitinqə hazırlıq görürdü. Bu iş onlara tapşırılmışdı. Mən gördüm ki, onlar bu işi Türkiyədə dini kəsim və nurçuların köməyi ilə edirlər. İş o yerə gəldi ki, asılan böyük plakatlarda Xocalı ilə yanaşı, Suriyadakı Hums hadisələrinə qarşı da şüarlar yer alıb. Yəni Suriyadakı daxili savaşla Xocalı eyniləşdirilmişdi. Mən o vaxt burdan gedənlərə, Elnur Aslanova dedim ki, Xocalının Suriyanın daxili savaşına nə aidiyyəti var? Bunu eyniləşdirmək olmaz. Dedilər ki, burdakı həmkarlarımız belə məsləhət gördülər. Mən buna etiraz etdim. Hətta mətbuat konfransında arxadakı plakatı götürdüm ki, bu yanaşma ilə özümüzə böhtan atırıq. Xocalı Azərbaycanın daxili savaşı deyil, bunu ermənilər törədiblər. Onlarda belə yanaşmalar var idi, hətta Azərbaycanın Xocalı kimi faciəsinin dünya çatdırılmasında da müəyyən arzuolunmaz neqativ hallar ortaya çıxardırdılar", - deyə, millət vəkili vurğulayıb.


S. Rüstəmxanlı qeyd edib ki, o bunları deyərkən kiminsə ürəyində özünə qarşı mənfi rəy yaranacağını düşünməyib:

"Məqsədim doğruluq olub. Onların ürəyində bunlar qalıb ya yox, bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, bu adamlar heç bir əsası olmadan milli mənafelərə, milli dəyərlərə söykənən, milli xətti müdafiə edən adamları hədəf seçirlər. Şübhəsiz, mən də onlardan biriyəm. Ona görə də onlara layiq olduqları səviyyədə cavab vermişəm".


Qeyd edək ki, seçkidən əvvəl E. Aslanovun himayəsində olan media orqanlarında S. Rüstəmxanlı haqqında mütəmadi olaraq neqativ materiallar yayımlanırdı. Daha sonra "Qanun" nəşriyyatı ilə bağlı yaranmış problemdə "bunun arxasında Elnur Aslanov dayanır" açıqlamaları da maraq doğururdu.

Tarix
2014.04.01 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə 2 gündən sonra savaşa girir

Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik

Lavrovun Qarabağla bağlı qətnamələrə - İkibaşlı yanaşması

OPEK Trampın istəyinə uyğun qərar verəcək – Proqnoz

Ezamiyyət xərclərinin normaları artırıldı - Dəyişiklik

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla