Yuxarı

Bəxtiyar Sadıqov İTV-yə gedən əməkdaşından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəmil Quliyev məndən alicənab, ziyalıdırsa və Flora onun rəhbərliyi altında işləmək istəyirsə, buna mən nə edim?"

Bu sözləri "Axar.az"a açıqlamasında "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov deyib.

O, Flora Xəlilzadənin vəzifədən azad olunandan sonra verdiyi açıqlamasına yalnız iki cümlə deməklə münasibət bildirib: "Cəmil Quliyev məndən alicənab, ziyalıdırsa və Flora onun rəhbərliyi altında işləmək istəyirsə, buna mən nə edim? Bunu ancaq alqışlayıram".

Qeyd edək ki, əməkdar jurnalist Flora Xəlilzadə "Azərbaycan" qəzetindən gedib. O, "Mia.az" saytına açıqlamasında alicənab bir adamın rəhbərliyi altında işləməyə üstünlük verdiyini bildirib:

"Mən öz ərizəmlə işdən getmişəm, jurnalistikadan yox. Şərəfli, alicənab, ziyalı, qədirbilən, mədəni bir şəxsiyyətin rəhbərliyi altında işləməyə üstünlük verdim. Mənim heç bir zaman vəzifə iddiam olmayıb. Amma əlimə qələm alandan yaxşı yazmaq, xalqıma, millətimə, dövlətimə xidmət etmək iddiam olub. Buna da nə dərəcədə nail olmuşam - həm oxucularım, həm kitablarım, həm də layiq görüldüyüm mükafatlar, təltiflər söyləyə bilər".

Onu da xatırladaq ki, Flora Xəlilzadə mətbuatda səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Prezident mükafatçısı olmuş əməkdar jurnalist "Tərəqqi" medalı ilə təltif edilib. Hazırda onun İctimai Televiziyada məsul vəzifəyə təyin edildiyi bildirilir.

Tarix
2014.04.01 / 15:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla