Yuxarı

Gücümüzü daha da artıracaq - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gücümüzü daha da artıracaq - İlham Əliyev

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq.

Axar.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində əksini tapıb. Dövlətimizin başçısı müraciətində qeyd edir ki, bu ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Müraciətdə Azərbaycanın öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, bu gün qarşıya Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi kimi böyük vəzifələr qoyulub. Prezident İlham Əliyev həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimizı, o cümlədən xaricdə yaşayan soydaşlarımızı sıx birləşməyə, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumağa, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmağa səsləyib.

Tarix
2016.12.25 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla