Yuxarı

Qisas: Elçinin qardaşlarını Rövşənin adamları öldürdü – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də Piter Elçinin qardaşı Fariz İsmayılovun Masallı rayonu ərazisində qətlə yetirilməsi səbəbi ilə bağlı növbəti məlumat yayılıb.

Axar.az xəbər verir ki, BakiPost.az bu qətli kriminal aləmdəki iki düşmən arasında baş verən qanlı hesablaşmanın növbəti raundu olduğunu, Fariz İsmayılovun bu il 18 avqustda Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin adamları tərəfindən qisas zəminində öldürüldüyünü yazıb.

Maraqlıdır ki, sayta daxil olan məlumatda Piter Elçinin digər qardaşı – 20 iyun 2016-cı ildə Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazarının qarşısında öldürülən Maarif İsmayılovun da Rövşən Lənkəranskinin adamları tərəfindən qətlə yetirildiyi vurğulanır.

Rövşən Lənkəranski-Piter Elçin savaşının isə tarixçəsi belədir:

Bir neçə il əvvəl Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınan Amil Lənkəranski Moskvada taclandırılırmış. Bu barədə xəbər tutan Piter Elçin Sankt-Peterbuqrdan Moskvaya uçur. Taclandırma mərasiminə qatılan Elçin İsmayılov gözlənilməz addım atır: Ayağa qalxıb az öncə taclandırılan Amilin boynunu qucaqlayır və... silahı çıxarıb onun başından atəş açır. Amil yerindəcə keçinir. Piter Elçin isə heç nə olmamış kimi mərasimi tərk edir.

Bakipost bu olaydan sonar Piter Elçinlə Rövşən Lənkəranski arasında konflikt başladığını, o vaxta qədər yaxın olan avtoritetlərin düşmənə çevrildiklərini qeyd edir. Bildirilir ki, Maarif İsmayılovun qətli də o vaxt məhz Lənkəranskinin sifarişi ilə törədilib.

Fariz İsmayılovu masallıda öldürən şəxsin Amil Lənkəranskinin əmisi oğlu olması və Rövşən Lənkəranskinin yaxın adamlarının yanında çalışması bu qətllə bağlı ehtimalları təsdiqləsə də, Maarif İsmayılovun Sankt-Peterburqdakı qətlində ortaya çıxan faktlar bəzi müəmmalar yaradır.

Maarif İsmayılovun qatili kimdir?

Piter Elçinlə Rövşən Lənkəranskinin münasibətlərinin kəskinləşmə səbəbi kimi Amil Lənkəranskinin öldürülməsi ehtimalını bütün informasiyalar təsdiqləyir. Ancaq fərqli formada. Bəzi məlumatlara görə, Amil Lənkəranda məşhur Hacı Daşdəmirin nəvəsidir. O, 27 sentyabr 2012-ci ildə bir neçə nəfərlə Piter Elçinin qardaşını tanımadan döyüb. Sonra döyülənin Piter Elçinin qardaşı olduğunu bilib və Moskvanın tanınmış “Talisman Vostoka” restoranında Elçindən üzr istəyib, hadisənin səhvən baş verdiyini desələr də, məşhur avtoritet onu bağışlamayıb.

Kriminal.az saytı Fariz İsmayılovun Amil Lənkəranskinin qətlindən əvvəl deyil, sonra döyüldüyünü və sümüklərinin sındırıldığını yazıb. Bildirilir ki, elə o vaxtdan Fariz Rusiyanı tərk edərək Lənkəran şəhərinə qayıdıbmış. Bu ərəfədə isə Piter Elçin qanunsuz silah saxladığına görə 2 il həbs olunub.

Rövşən Lənkəranskinin yaxınlarına bağlı olan Murad Əfqan oğlu Quluzadə həm də Lənkəranlı Amilin əmisi oğludur. Bütün bu xəbərlər F.İsmayılovun Amilin qisasına görə öldürüldüyü ehtimalını gücləndirir.

Ancaq Maarif İsmayılovu öldürən şəxsin Rövşən Lənkəranskinin ətrafından olması mübahisəlidir. Çünki qətli törədən və qətldən dərhal sonra bazarda çalışan azərbaycanlılar tərəfindən ələ keçirilən Emil Hüseynov ona sifarişin 155 min dollar müqabilində Vaqif adlı şəxs tərəfindən verildiyini etiraf etmişdi.

Bu imkanlı “Vaqif”in isə Sankt-Peterburqdakı məşhur azərbaycanlı biznesmen Vaqif Məmişov olduğu barədə şübhələr var. M.İsmayılovun qətli ilə bağlı sankt-Peterburqda aparılan istintaqa da Vaqif Məmişov məhz Fariz İsmayılovun Masallıda öldürüldüyü gün – dekabrın 21-də ifadə vermək üçün dəvət edilmişdi.

Tarix
2016.12.27 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla