Yuxarı

Rəsmi açıqlama: Ermənistan şəhidimizin nəşini...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi açıqlama: Ermənistan şəhidimizin nəşini...

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Axar.az-a verilən məlumata görə, bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir: “Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Tarix
2016.12.31 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla