Yuxarı

Ağdaşda avtoqəza: 3 ölü, 2 yaralı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:56

Ağdaş rayonunda bir neçə nəfərin ölməsi və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib.

Yaralıların da olduğu bildirilir.

Hadisə yeni baş verdiyi üçün ölən və yaralananların dəqiq sayını və kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Hadisə yerində FHN-in xilasediciləri işləyirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

22:47

Ağdaşda baş verən zəncirvari avtoqəzada biri körpə uşaq olmaqla ailənin 3 üzvü ölüb, iki nəfər xəsarət alıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun 270-ci kilometrliyində, Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 24-BE-444 və 60-BM-344 dövlət nömrə nişanlı iki "KamAZ" markalı yük avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində yük maşınlarından biri yolun kənarında dayanmış 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində hər üç avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində mişar daşı ilə olan olan yük maşınlarının sürücüləri Tovuz rayon sakini 1965-ci il təvəllüdlü Əhmədov Bəhram Talıb oğlu və Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Əliyev Mehdi Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. "VAZ 2107" markalı minik maşınının sürücüsü, Qazax rayon Çaylı kənd sakini 1988-ci il təvəllüdlü Balayev Elvin Loğman oğlu, qaynanası 1962-ci il təvəllüdlü Qaraxanova Akifə Məşədi qızı və 15 gün əvvəl doğulmuş körpə qız övladı dünyasını dəyişib. FHN-nin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalmış ölən adamların meyitlərini xüsusi kəsiçi alətlərdən istifadə etməklə çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.04.04 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla