Yuxarı

Jurnalistlərə xoş xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə kütləvi informasiya vasitələri arasında "Əli bəy Hüseynzadə və türk dünyası" mövzusunda yazı müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə dəstək verməkdir.

Müsabiqəyə aprelin 5-dən 30-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Burada dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb və müəlliflər mövzuya yanaşma baxımından sərbəstdirlər.

Təqdimat zərfinə yazı təqdim edən şəxsin hansı kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə vasitələri, yazının dərc olunduğu qəzet və jurnalın nüsxəsi, informasiya saytının linki təqdim edilməlidir. 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) artıq yazılar qeydə alınmayacaq.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla aprelin 5-dən hər gün saat 10.00-dan 17.00-dək aşağıda göstərilən ünvana - Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi, 38) Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim edilməklə çatdırılmalıdır.

Müsabiqədə birinci yerə bir, ikinci yerə 2 və üçüncü yerə 3 qalib seçilməklə, 6 nəfərə də həvəsləndirici mükafat nəzərdə tutulub.

Müsabiqədə birinci yerin sahibinə 800, ikinci yerin sahibinə 500, üçüncü yerin sahibi isə 300 manat pul mükafatı təqdim ediləcək. Həvəsləndirici mükafatların müəlliflərinə isə 100 manat veriləcək.

Müsabiqə qaliblərinin adları 3 may - Türkçülük Günü ərəfəsində açıqlanacaq. (AzərTac)

Tarix
2014.04.04 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla