Yuxarı

İqtisad Universitetində kadr dəyişikliyi: 4 nəfər işdən çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində struktur və kadr islahatlarına start verilib.

Universitet rektorunun imzaladığı əmrə əsasən, ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin Magistratura mərkəzinin direktorları, Maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad edilib.

Digər əmrə görə Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosent Eldar Azadov təyin olunub. O, bu günə qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışıb.

Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə isə Elçin Xəlilov təyin edilib.

Rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin edilib. E.Bağırzadə "Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müəllimidir. İngilis, rus və türk dillərini bilir.

Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. M.İbrahimov bundan əvvəl Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekan müavini vəzifəsində işləyib.

Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E.Məmmədova həvalə edilib.

Rektorunun əmrinə əsasən, ali təhsil ocağında ictimayyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də "Qaynar xətt" xidməti təşkil edilib ("Teleqraf.com").

Xatırladaq ki, bu ilin martın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

Tarix
2014.04.04 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla