Yuxarı

Türkiyə ilə Azərbaycan hərbi razılığa gəlib - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub.

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib.

"Ərdoğan deyəndə ki, biz hər sahədə əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub".

Politoloq hazırda dünyada Rusiya əleyhinə gedən proseslərin Azərbaycanın xeyrinə olduğunu söyləyib:

"Bu dəqiqə proseslər bizim xeyrimizə gedir. Çünki Qərb açıq-aşkar Rusiya ilə müharibəyə başlayıb. Bu rejimi çökdürməyə çalışır. Bu da Qarabağ məsələsinin həllinə töhfə verəcək. Rusiya elə bir güclü dövlət deyil ki, Amerika maraqlarını qorumaq üçün bura baza gətirsin. Amerika sanksiyalarla, Rusiya ilə əməkdaşlığı kəsməklə, siyasi, iqtisadi, diplomatik blokada ilə Rusiyanı çökdürəcək. Çökdürəcək deyəndə, mən hakimiyyəti nəzərdə tuturam. Rus xalqı yaşayacaq, amma onların başında indiki kimi quldurlar dayanmayacaq. İmperiyapərəstlər yox, xalqının dərdinə yananlar. Putin dördüncü dəfədir prezident olur. Ölkə batır, iqtisadiyyat çökür. Niyə görə? Putin ona görə Krıma hücum edib ki, bu suallara ondan cavab soruşmasınlar".

Tarix
2014.04.05 / 15:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla