Yuxarı

Azərbaycan əsgərinin meyiti tez qaytarılmalıdır - BQXK

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan əsgərinin meyitini qaytarmamasının səbəbi məlum olub.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgərlə bağlı münaqişə tərəfləri ilə iki tərəfli dialoqu davam etdirir.

Bu barədə APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ. Hüseynova prosesin yubanmasının səbəblərini də açıqlayıb: “Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Tarix
2017.01.10 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla