Yuxarı

Polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov ağır avtomobil qəzasına düşüb.

"Axar.az"ın məlumatına görə, hadisə aprelin 4-nə keçə gecə, Fəhlə prospektində baş verib. Dərhal DİN-in hospitalına yerləşdirilən polis rəisinin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Hazırda Xətai rayonunun polis rəisi vəzifəsini rəsi müavininin əvəz etdiyi də qeyd edilir. Daxili İşlər nazirliyində ciddi şəkildə müzakirə olunan bu qəza hadisəsinin ən maraqlı cəhəti isə polis rəisinin işdən azad ediləcəyi ilə bağlıdır. Belə ki, polkovnik Əkbər İsmayılovun avtomobili özünün idarə etdiyi və içkili olması barədə yayılan qeyri-rəsmi məlumat nazir Ramil Usubovun ciddi narazılığına səbəb olub və onun müalicəsindən dərhal sonra istefaya göndəriləcəyi haqda qərar verib.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Axar.az"a açıqlamasında Xətai rayonunun polis rəisi Əkbər İsmayılovun qəzaya düşdüyü xəbərini təsdiqləyib: "Qəzadır, hamının başına gələ bilər. Ümid edirik ki, cənab polkovnikin səhhətindəki narahatlıq qısa müddətdə arxada qalacaq".

E.Zahidov bununla bağlı yayılan digər xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Tarix
2014.04.07 / 10:28
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla