Yuxarı

İlham Əliyev Su Elektrik stansiyalarını işə saldı - Yenilənib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçib.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.

Xatırladaq ki, "Axar.az" saytı olaraq bununla bağlı bir müddət əvvəl xəbər vermişdik. Prezidentin səfər zamanı Naxçıvanda tikilən Bayraq Meydanının açılışında iştirak edəcəyi də gözlənilir.

14:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. İnzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnməsi üçün tədris otağı yaradılıb. Aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq.

***

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verildi ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış olub.

17:35

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də "N" saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxış keçirib.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verilib. Bildirilib ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır.

18:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilib.

19:35

Prezident İlham Əliyev "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik Stansiyalarını işə saldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılıb.

Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılıb. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir.

Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı (Trend).

Tarix
2014.04.07 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla