Yuxarı

Gəmi zavodunda dəhşətli qəza: bir nəfər öldü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:45

Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də dəhşətli faciə baş verib.

"Axar.az"a Xəzər Gəmiçiliyindəki mənbədən verilən məlumata görə, "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyasını dəyişib. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmişiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir.

Xəzər Dəniz Gəmiçiliyi QSC-dən "Axar.az"a belə bir məlumata malik olmadıqlarını bildirdilər.

16:35

Xəzər Dəniz Gəmiçiliyi QSC-dəki mənbədən "Axar.az"a verilən məlumata görə, ölən iki nəfər deyil, bir nəfərdir: "Hadisə zamanı 2 nəfər deyil, bir nəfər ölüb, bir nəfərsə yaralanıb. Dünyasını dəyişən şəxs Cəlilabad rayon sakini, 28 yaşlı Mirbağır Zeynalovdur. Bir uşaq atasıdır, 7 ay idi ki, işləyirdi. Digər fəhlə onu xilas etmək üçün suya atılıb. Xəsarətləri olsa da, o, sağ-salamatdır".

Xəbərdə həmçinin bildirildi ki, M.Zeynalov "General Əlağa Şıxlinski" kran gəmisinin təmir briqadasının işçisidir.

Hadisə yerində hazırda Baş Prokurorluğun müstəntiqləri araşdırma aparır. İlkin ehtimala görə, ölüm hadisəsi təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün baş verib.

Tarix
2014.04.07 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla