Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Fevral 2019


Nurçuların siyahısında SOCAR-ın da adı var – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğanın təqdim etdiyi siyahıda SOCAR-ın adı da müəyyən qədər keçir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, İlham Əliyevlə Ərdoğanın çıxışları zamanı nurçuların radikal qanadına mesaj göndərdiklərini bildirib:

"Ərdoğan səfəri göstərdi ki, o sırf Gülən hərəkatına görə Azərbaycana gəlib. Siz fikir verin: mətbuat konfransında cəmi iki sual verməyə imkan yaratdılar. Bunların ikisi də nurçularla bağlı idi. Bunun özü çox şeydən xəbər verir. Ərdoğanla İlham Əliyev suallara cavab verərkən "nurçular" sözünü işlətmədilər. İkisi də dedilər ki, Azərbaycanla Türkiyə arasında problem yaradacaq bütün ünsürlər geri çəkilməlidir. Əslində, bu, hərəkatın radikal qanadına mesaj idi".

Politoloq artıq Azərbaycan hakimiyyətinin gələcəkdə nurçuların onlar üçün problem yaradacağını anladığını qeyd edib:

"Ərdoğan sənədləri gətirməklə faktiki olaraq topu Azərbaycan tərəfinə atdı. Bundan sonra isə söz Azərbaycanın dövlətindədir. Dövlət başçısı onsuz da bundan öncə addım atdı və Elnur Aslanovu vəzifədən uzaqlaşdırdı. Mən bunun bir jest olduğu qənaətindəyəm. Bu şəbəkə Azərbaycanda çox şaxələnib. İndi müəyyən olunur ki, onun tabeliyində olan şirkətlərdə dövr edən pulların miqdarı milyardlarla dollardır. Artıq Azərbaycan hakimiyyəti də anlayır ki, bu məsələ həll olunmasa, gələcəkdə Azərbaycan üçün problemlər yaradacaq".

Elxan Şahinoğlu Azərbaycan tərəfinə təqdim edilən siyahıda SOCAR-ın da adının yer ala biləcəyini deyib:

"Təqdim edilən siyahıda konkret adlar və təşkilatlar var. Bu adlar və təşkilatlarla bağlı yaxın gələcəkdə necə ölçü götürüləcəyini biz yaxın müddətdə görəcəyik. Fikir verin, Ərdoğan dedi ki, biz hər iki dövləti narahat edən bütün məsələlər haqqında danışdıq. Bu da bir daha sübut elədi ki, hərəkat məsələsi geniş müzakirə olunub. Mən düşünürəm ki, siyahıda müəyyən qədər SOCAR-ın da adı keçir. SOCAR-ın Türkiyədə böyük yatırımları var. Ərdoğanın özü də narahatdır ki, SOCAR-ın bura hansısa bağlılığı olsun. Əgər bu sualların cavabı aydınlaşdırılmasa, SOCAR-ın Türkiyədəki yatırımları sual altına düşə bilər. Xatırlayın ki, SOCAR-ın Türkiyədə 5 milyardlıq layihəsinin dondurulması xəbərini də ərdoğana yaxın türk mediası səsləndirib".

Qeyd edək ki, bir müddət öncə mediada Ərdoğanın Bakı səfəri zamanı İlham Əliyevə nurçuların siyahısını təqdim etməsi haqqında xəbərlər yayılmışdı.

Tarix
2014.04.07 / 22:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Özü çətinlik çəkən Rusiya İrana 5 milyardı niyə verdi?

Əhalinin qazancı nə qədər olub?

Bakı Orta Asiyaya qapıdır: qazax və türkmən qazı da... – Şərh

Qonşuda azərbaycanlıların yaşadığı problemlər müzakirədə

Həmsədrlər erməni nazirlə Qarabağı müzakirə etdi

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycan! - Foto

Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar...

Dünya Bankı: Azərbaycanda ciddi islahatlar aparılır

Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət etdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla