"Millət vəkili Etibar Hüseynovun müəllifi olduğu
"Sitatın sonu" verilişi bir layihədir. Hər həftə efirə getməsi
nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək
deyil ki, layihə bağlanıb".
Bu sözləri "Axar.az"a açıqlamasında ATV-nin
Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun
sözlərinə görə, "Sitatın sonu" verilişi hələ də davam
etməkdədir:
"Etibar Hüseynovun "Sitatın
sonu" verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda
getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur".
Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun
ATV-də yayımlanan "Sitatın sonu" verilişinin bağlandığı xəbəri
yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində
ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan
deputatın ATV-dəki verilişi bağlanıb.