Yuxarı

Sarkisyandan Türkmənistana "Qarabağ minnətdarlığı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sarkisyandan Türkmənistana "Qarabağ minnətdarlığı"

"Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir və faktiki durum de-yure də ifadə olunmalıdır. Ermənistan bizim üçün ən vacib bir məsələdə neytrallıq və anlaşma göstərdiyi üçün Türkmənistana minnətdardır".

Məlumata görə, bunu Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu gün prezident Qurbanqulu Berdımühəmmədovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Bu açıqlamaya türkmən prezidentin hansı reaksiya verdiyi bəlli deyil. Ancaq türk torpaqlarının 20 faizini zəbt edərək orada etnik təmizləmə aparan, Xocalı soyqırımını həyata keçirən bir işğalçı ölkənin başçısına, həm də Xocalı canisinə qucaq açmaq, onun şərəfinə təntənəli qəbul və ziyafət təşkil eləmək türkmən xalqını dərin tarixi-mənəvi tellərlə bağlandığı Azərbaycan xalqına təhqirdir. Heç olmasa, Özbəkistan kimi Ermənistanla məsafə saxlamaq olardı.

Qeyd edək ki, az öncə Berdımühəmmədov Azərbaycan prezidenti İlham Əliyevi də Türkmənistana rəsmi səfərə dəvət edib ("Musavat.com").

Tarix
2014.04.08 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla