Yuxarı

İlham Əliyev sabah İrana gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.

Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.

Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.

Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühümdür.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: "Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır. İnşallah, İlham Əliyevin səfərinin yaxın gələcəkdə iki ölkənin mənafeyinə müsbət təsirləri olacaq".

İran XİN sözçüsü həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da Tehrana səfər edəcəyini deyib: "Hər bir ölkənin diplomatik qaydasına əsasən səfərdə prezidentləri nazirləri müşayiət edirlər. Ona görə də Azərbaycan müdafiə nazirinin prezident İlham Əliyevin İran səfərindəki nümayəndə heyətinin tərkibində olması təbii və məqsədəuyğundur. İki ölkə münasibətlərini genişləndirməkdə qətiyyətlidir. Məsələ ondadır ki, münasibətləri möhkəmləndirmək istəyən ölkələrin bir sıra diplomatik mərhələləri və münasibətləri keçməsi lazımdır. Bununla həmin ölkələr daha yaxşı münasibətlər qurur. Xoşbəxtlikdən hər iki ölkə qədim əlaqələrə və ortaq cəhətlərə görə bu mərhələləri keçməklə bir addım öndədir".

Tarix
2014.04.08 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla