Yuxarı

“Deputatlarımızın Rusiyanı müdafiə etməsi xəyanətdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya işğala hazırlaşdığı məqamda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Rusiyanın xeyrinə çıxışlar edirlər. Rusiya bizi təhdid edir, onlar Rusiyaya yaltaqlanırlar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Ukraynanın şərqində hadisələri qızışdırmaqda Rusiyanın əsas məqsədinin gələcəkdə Qərblə bazarlığa getməkdən ibarət olduğunu bildirib:

"Güman eləmirəm ki, Ukrayna parçalanacaq. Rusiya faktiki olaraq bütün prosesi stimullaşdırmaqla çalışır ki, Ukrayna məsələsini mübahisə predmeti kimi istifadə etsin. Artıq sanksiyaların sərtləşdiyi bir dönəmdə Şərqi Ukraynanın digər vilayətləri də bu prosesə qoşulmağa başladı. Rusiya burada geniş agenturaya, möhkəm mövqelərə malikdir. O, istəsəydi bir ay əvvəl bunu edərdi. Qərbin sanksiyalarının genişləndiyini görəndə Rusiya bu pozuculuq fəaliyyətini genişləndirməyə çalışır ki, sonra mübadilə edə bilsin. Yəni ki, siz sanksiyaları götürürsünüz, mən də geri çəkilirəm. Proses bu istiqamətdə gedir. Nə dərəcədə effektiv olacağını isə söyləmək çox çətindir".

Politoloq Rusiyanın Ukraynada dəstəklədiyi separatçılığın bir gün ona tərəf çevriləcəyini deyib:

"Ukraynanın parçalanmasından Rusiyanın yaxşı nəticə əldə edəcəyini və bunun ardınca gedəcəyini güman eləmirəm. Yeni parçalanan dövlətlər, yeni yaranan separat dövlətlər beynəlxalq birlik tərəfindən tanınmayan qurumlardır. Belə qurumların ticari-iqtisadi, siyasi və digər fəaliyyətləri məhduddur. Deməli, bunların hamısı Rusiyanın yükünə çevrilir. Əgər Rusiya bu yükü çəkməyə hazırdısa, bunun ardınca gedəcək. Məncə isə Rusiya belə yükü çəkə bilməz. Bu qədər separatçılıq yaratmaqla Rusiyanın özü sonda separatçılıqla üz-üzə qalacaq. Rusiyada artıq bu tip şeylər olub. Ona görə güman edirəm ki, bu sırf alver etmək məqsədi daşıyır".

Ə.Oruclu Rusiyanın hamını dünya müharibəsi ilə hədələməsinin sadəcə şantaj olduğunu qeyd edib:

"Rusiyanın yeni dünya müharibəsi hədələri işlətməsi kobud, səviyyəsiz, tərbiyəsiz bir şantajdır. Rusiya hansı güclə dünya müharibəsi aparacaq? Rusiya Çeçenistanda kiçik bir ərazidə 10 il sabitlik yarada bilmədi. Rusiyanın bu dəqiqə ən müasir raketi sayılan "Topol M-1" özlərinin də etiraflarına görə, NATO-nun raket əleyhinə kompleksləri tərəfindən şaxtadaca vurulmaq qabiliyyətinə malikdir. Rusiya müharibəni nə ilə aparacaq? Öz atom bombalarını ərazisində partlatmaqlamı? Yəni bu savaş ritorikası Rusiyanın apardığı müharibənin bir tərkib hissəsidir. Ucuz şantajdır".

O, Azərbaycan Milli Məclisində bəzi deputatların çıxışını xəyanət adlandırıb:

"Rusiya Azərbaycan dövləti müstəqil olan ilk gündən onun düşmənidir. Bu düşmənçiliyi Rusiya Ermənistanın vasitəsilə aparır. Bu düşmənçiliyi Rusiya Azərbaycan icmasına qarşı müxtəlif şovinist tör-töküntüləri qaldırmaqla nümayiş etdirir. Rusiya Azərbaycan dövləti və xalqına heç bir zaman dost olmayıb. 200 illik rus əsarəti bizim ərazimizdə Ermənistan kimi dövlətin yaranmasını, 20 yanvarı, dörd dəfə əlifbamızın dəyişməsini nəsib edib. Bu baxımdan Azərbaycanda bu gün Rusiya lehinə bəyanat verən siyasilərdən tutmuş millət vəkillərinə qədər olan insanların maddiyatı mənə aydın deyil. Çox təəssüf ki, dövlət orqanları bunların qarşısını almaq baxımından acizlik göstərir. Çünki bu, əslində artıq xəyanətdir. Rusiya işğala hazırlaşdığı məqamda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Rusiyanın xeyrinə çıxışlar edirlər. Rusiya bizi təhdid edir, onlar Rusiyaya yaltaqlanırlar. Onlar gedib öz ailə məsələlərində Rusiyaya yaltaqlana bilərlər. İstəsələr ayaqlarının altına yıxıla bilərlər. Amma onların dövlətin, Milli Məclisin adından bu cür çıxış etməyə haqları yoxdur. Bütün bu tör-töküntü cəzalandırılmayınca Azərbaycana qarşı təhlükə olacaq".

Tarix
2014.04.08 / 22:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla