Yuxarı

Ukraynalı politoloq: “Problem təkcə Rusiyadan qaynaqlanmır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın şərq vilayətlərində olacaq problemlərə görə hazırkı rəhbərliyin də məsuliyyəti var".

Bu sözləri "Axar.az"a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib.

O, hazırda Ukraynanın şərqində baş verən hadisələrdə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının daha aktiv rol oynadığını deyib:

"Mən o şəxslərdənəm ki, hələ də mərkəzlə ölkənin şərq vilayətinin elitası arasında danışıqların aparılmasını istəyirəm. Hazırda mərkəzin onlara təqdim edəcəyi şeylər şərqliləri qane etmir. Burada təkcə Rusiyanın təsiri ilə olan hadisələrdən danışmaq lazım deyil. Ölkənin daxilində olan səbəbləri də istisna etməmək gərəkdir. Ölkənin gələcəyi ilə bağlı Ukrayna post-maydan görünüşü özünün cızdığı rəsmdə əks etdirib. Bu rəsmdə isə Ukraynanın şərq vilayətləri və onun əhalisinin maraqları özünə yer almayıb. Onlar hər şeyi qərarlaşdırıblar və heç bir etiraz qəbul etmirlər. Şərq vilayətlərinin fikrini öyrənmək isə heç kimin marağında deyil. Buna görə də mən bu ölkənin gələcəyinə hazırkı sərhədlər çərçivəsində skeptik baxıram. Kompromis üçün vaxt qalmayıb, bunun üçün heç istək də yoxdur. Əgər onlar inqilab edib onun qaydaları ilə hərəkət etmək istəmirlərsə, o zaman onların yerinə tezliklə başqa inqilabçılar keçəcəklər".

Qeyd edək ki, bir müddət öncə saytımıza açıqlamasında Aleksey Blüminov Ukraynada Maydanın yalnız şərq vilayətlərinin də istəkləri nəzərə alındığı halda qələbə qazanacağını bildirmişdi.

Tarix
2014.04.08 / 22:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla