Yuxarı

Elton Məmmədov sürücülərin ittihamına cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elton Məmmədov sürücülərin ittihamına cavab verdi

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov paytaxtdakı marşrut avtobusu sürücülərinin əmək haqlarını ala bilməməsi və səbəbdən də "Transqeyt" MMC-nin rəhbər olan Anar Məmmədovdan şikayətçi olmaları barədə məsələyə münasibət bildirib.

Deputat E.Məmmədov "Publika.Az"a açıqlamasında deyib ki, sərnişindaşıma özəl sektordur. Onun sözlərinə görə, bu məsələyə nazir Ziya Məmmədovun və ya onun oğlunun heç bir aidiyyatı yoxdur: "Mən başa düşmürəm ki, sərnişin daşımaya Ziya Məmmədovun və ya Anar Məmmədovun nə aidiyyatı var? Nəqliyyat Nazirliyi Azərbaycanda nəqliyyatın siyasətini tənzimləyir. Sərnişindaşıma sektorunda isə özəl şirkətlər fəaliyyət göstərir. Bura Nəqliyyat Nazirliyinin hər hansı müdaxilə etmək səlahiyyəti yoxdur.

"Transqeyt" MMC-nin də qardaşlarıma və Anar Məmmədova heç bir aidiyyatı yoxdur. Bu şirkət özəl və şərikli şirkətdir, öz iş prinsipi var, rəhbərliyi də ayrıdır. Bu özəl şirkətin Nəqliyyat Nazirliyinə də aidiyyatı yoxdur. Mən bu barədə yazılanları növbəti şantaj xarakterli iş hesab edirəm. Bununla ara qarışdırmaq istəyirlər".

Xatırladaq ki, "Musavat.com"un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib ki, sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq: "Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib".

Daha sonra qəzet yazır: "Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, "Transqeyt" MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb".

Tarix
2014.04.10 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla