Yuxarı

Mehriban Əliyeva Həştərxanda uşaq bağçası tikdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Həştərxanda uşaq bağçası tikdirir

Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanıb.

Verilən xəbərə görə, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Həştərxan meriyasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilib.

Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması ilə bağlı olan təşkilati məsələlər müzakirə olunub, bütün zəruri sənədlər təsdiq edilib. Hazırda inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir.

Layihəyə əsasən, 240 yerlik nəzərdə tutulan uşaq bağçasının 120 yerlik birinci növbəsini 2014-cü ilin sentyabrında IV Xəzər zirvə görüşünün açılışına qədər başa çatdırmaq planlaşdırılır. Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbirlərinin keçirilməsi məsələsi müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə rəsmi Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak etmək üçün 2014-cü il mayın 11-12-də Həştərxana gələcək.

Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət hüseynov və Həştərxan administrasiyasının struktur rəhbərləri iştirak ediblər (AzərTAc).

Tarix
2014.04.16 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla