Yuxarı

DİN nurçular yerinə sunqurçuların həbsinə nə deyir? –Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN nurçular yerinə sunqurçuların həbsinə nə deyir? –Rəsmi

"Azərbaycanda qeydiyyata alınan dini icmaların arasında sunqurlulular adında icma yoxdur".

Bu sözləri "Axar.az"a açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli "Gülənçi və nurçu" adı ilə həbs edilənlər barəsində danışarkən dedi. O bildirdi ki, Azərbaycanda qeydiyyata alınmayan heç bir dini icma barəsində fikir bildirə bilməyəcək:

"Siz bu sahənin mütəxəssisi olan ilahiyyatçılara müraciət edin, onlar məlumat verərlər. Bu barədə heç nə deyə bilmiyəcəm".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da "Axar.az"a danışdı. Mətbuat xidmətinin rəis müavini Gülən hərəkatına bağlı olduğu iddiası ilə həbs edilən şəxslərin əslində sunqurlular hərəkatından olması ilə bağlı verdiyimiz suala sual ilə cavab verdi: "Keçirilən əməliyyatla bağlı yayılmış məlumatda "Gülən" sözü var idi? Əlbəttə ki, yox idi."

Sunqurlular hərəkatına gəlincə isə Zahidov bildirdi ki, bu məsələ ilə bağlı heç bir şərh verməyəcək.

Xatırladaq ki, "nurçulara qarşı mübarizə" çərçivəsində keçirilən əməliyyatlarda yalnız sunqurlular saxlanılıb ki. onlar da Gülən hərəkatı və nurçulara qarşı olan, hakimiyyət içinə sızmaq istəməyən və yalnız ibadətlə məşğul olan şəxslərdir.

Tarix
2014.04.16 / 10:55
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla