Yuxarı

Vladimir Putini Roman Putin əvəzləyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vladimir Putini Roman Putin əvəzləyəcək

Ukrayna hadisələri fonunda Rusiya elitası daxilndə Vladimir Putindən sonra kimin prezident olacağı müzakirə mövzusuna çevrilib.

"Axar.az" xəbər verir ki, son zamanlar Rusiya siyasi kuluarlarında prezident Vladimir Putini prezidentlik kürsüsündə kimin əvəz edəcəyi gündəmə gəlməkdədir.

Qeyd edək ki, ən real namizəd qismində onun ən yaxın adamı, qohumu 37 yaşlı keçmiş FSB əməkdaşı, hazırda isə sahibkar kimi fəaliyyət göstərən Roman Putinin adı çəkilir.

Xatırladaq ki, Roman Putin Rusiya dövlət başçısının Ryazan şəhərindəki əmisi Aleksandr Spiridonoviç Putinin nəvəsidir. Son iki ilə qədər olduqca sakit həyat tərzi keçirən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Roman Putin prezident əmisinin sayəsində getdikcə aktiv şəkildə siyasətlə məşğul olaraq, Rusiya daxilində baş verən hadisələrdə rol oynamağa başlayıb.

Son zamanlar, hətta Romandan əmisinə qarşı müxalifətçi fiquru "yaratmaq" cəhdlərinin sezildiyi deyilir. Əlbəttə, əksər analitik və siyasətçilər onun bu satausuna birbaşa Kremldən, prezident əmisi Vladimir Putin tərəfindən xeyir-dua verildiyi qənaətindədir. Onların fikrincə, Kremlin hazırkı sahibinin məqsədi özündən sonra Rusiya prezidenti postuna ən yaxın qohumu – Roman Putini gətirməkdir.

Tarix
2014.04.16 / 14:00
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla