Yuxarı

Abdulla Gül: “Gələcəklə bağlı siyasət planım yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulla Gül: “Gələcəklə bağlı siyasət planım yoxdur”

Bugünkü şərtlər çərçivəsində gələcəyə yönəlmiş hər hansı bir siyasi planım yoxdur".

Bu sözləri Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə verdiyi açıqlamasında bildirib. Məlumat üçün qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin bir müddət bundan əvvəl verdiyi açıqlamada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gülün Baş nazir postunu tuta biləcəyini bildirmişdi.

Onun sözlərinə görə, Prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. / Trend /

Tarix
2014.04.18 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla