Yuxarı

Onlar azərbaycanlı olduqları üçün öldürülüblər - Fransalı vəkil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar azərbaycanlı olduqları üçün öldürülüblər - Fransalı vəkil

Fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. İnsanları milli mənsubiyyətinə görə qətlə yetirmək həm də etnik təmizləmədir.

Axar.az xəbər verir ki, bu sözləri fransalı vəkil Olivye Pardo Azərtac-a müsahibəsində deyib. O.Pardo bildirib ki, o, iki il əvvəl bir fransız jurnalı tərəfindən Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasından sonra ölkəmizin vəkili olub.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovdan Xocalı faciəsi ilə bağlı xeyli məlumat aldığını qeyd edən O.Pardo deyib: “Xocalı faciəsi ilə bağlı həqiqətləri öyrənəndə bu qətliamın, xüsusilə Fransada və Avropada tanınmamasına görə çox təəccübləndim. Bu kütləvi qırğını inkar etməkdən pis nə ola bilər ki? Bu, mənə Fransada baş vermiş kütləvi qırğınları xatırlatdı. İkinci Dünya müharibəsi zamanı nasistlər Oradur-sur-Qlan adlı kəndi yer üzündən silmişdilər”.

Xocalı faciəsinin Fransada tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edən vəkil deyib ki, o, yerli jurnalistlərlə daim əlaqə saxlayır və buna görə də Fransada media mənsublarını bu qətliam barədə məlumatlandırmaq üçün kampaniya başladıb. “Öz-özümə düşünürdüm ki, bu, çətin olacaq. Belə olan halda fikirləşdim ki, bu kampaniyanı Azərbaycanın vəkili adı ilə deyil, öz adımla müasir kommunikasiya vasitələrindən – sosial şəbəkələrdən istifadə etməklə həyata keçirim. Beləliklə, mən müzakirələr üçün petisiya başlatdım. Bu petisiyanı yaratmaqda məqsədim qətliamın elə olduğu kimi tanınmasına nail olmaqdır”.

Fransalı vəkil Xocalı faciəsinin soyqırımı aktı olduğuna əmindir: “Haqqında danışdığımız hadisə məhz soyqırımı aktıdır.

Başlatdığı kampaniyadan danışan Olivye Pardo vurğulayıb ki, petisiyanı dərc etdiyinə görə erməni mənşəli vəkillər ondan bu işdən əl çəkməsini tələb ediblər. Lakin o, bununla razılaşmayıb. “Bu, mənim üçün böyük önəmi olan mübarizədir. Bu petisiyanın yayılmasına qarşı çıxanlar var. Mənim məqsədim faciə qurbanlarına ehtiram göstərilməsidir. Mənim vəzifəm bu qətliamı yaddaşlarda həkk etdirməkdən ibarətdir”.

Fransız vəkil vurğulayıb ki, Xocalıda törədilənlərdən xəbərdar olmayan Fransa ictimaiyyəti bu hadisə barədə məlumatlanmalıdır. Mənim məqsədim mümkün qədər çox imza toplamaqdır.

Tarix
2017.03.01 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla