Yuxarı

Emoməli Rahmondan Bakı ilə bağlı təklif - Birləşək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emoməli Rahmondan Bakı ilə bağlı təklif -

Tacikistan Prezidenti Emoməli Rahmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri quru və dəniz yollarını birləşdirməyə çağırıb.

Report xəbər verir ki, bunu o İƏT-in Düşənbədə keçirilən 13-cü sammitində çıxışı zamanı bildirib.

E.Rahmon qeyd edib ki, bu il Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstanın təşkilata üzv olmasının 25 ili tamam olur. Prezident əlavə edib ki, bunun sayəsində qurumun coğrafiya və potensialı əhəmiyyətli dərəcədə genişlənib. O qeyd edib ki, bu dövr ərzində tərəflər arasında əməkdaşlıq üçün hüquqi əsas, qarşılıqlı ticarət, insanların və tranzit-nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli şərait yaranıb.

"Biz təşkilat çərçivəsində öz imkanlarımızdan istifadə edərək nəqliyyat dəhlizlərinin yaradılması vasitəsi ilə quru və dəniz yollarımızı birləşdirə bilərdik. Biz bununla iqtisadi artım və sosial problemlərin həlli prosesinin irəliləməsinə imkan yaratmış olardıq", — deyə o əlavə edib.

Qeyd edək ki, İƏT 1985-ci ildə təsis edilib. Onun üzvləri sırasına İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.

Tarix
2017.03.01 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kameralarda saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla