Yuxarı

Azərbaycanlı məmurun həbs səbəbi bilindi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı məmurun həbs səbəbi bilindi

10:06

Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya prokurorluğunun əməkdaşları Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovu həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Milli Antikorrupsiya Bürosu yayıb.

Qeyd edək ki, Roman Nəsirov Ukrayna-Azərbaycan əməkdaşlıq qrupunun rəhbəridir. Əslən azərbaycanlı olan Nəsirov 2014-cü ildə Ukrayna Radasının deputatı olub. 2015-ci ildə isə o, Ukrayna Dövlət Fiskal Xidmətinə rəhbər gətirilib.

***

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov dövlətə 2 milyard qrivna zərər vurmaqda təqsirkar bilinir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Antikorrupsiya Prokurorluğunun 4-cü bölməsinin rəisi Roman Sivkiv söyləyib.

Nəsirov dünən saxlanılıb. O, bir müddət öncə Ukraynadan qaçmış deputat Aleksandr Onişenko ilə birləşərək dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Tarix
2017.03.03 / 10:54
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla